İran enerji zərbələri ilə müharibənin qiymətini artırmağa çalışır
Tehranın region ölkələrinin enerji infrastrukturuna zərbələr endirməsi və Hormuz Boğazı üzərində nəzarəti gücləndirməsi müharibənin “qiymətini artırmaq” strategiyasının tərkib hissəsidir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranşünas Janna Vardanyan bildirib.
Onun sözlərinə görə, bu addımlar qlobal enerji daşıyıcılarının qiymətində kəskin artıma səbəb olub. Ekspert qeyd edib ki, İranın hesablaması ondan ibarətdir ki, iqtisadi nəticələr münaqişəyə cəlb olunan tərəfləri daha tez sülhə məcbur edəcək.
Vardanyan həmçinin vurğulayıb ki, müharibənin İran cəmiyyətinə təsiri birmənalı deyil. ABŞ-ın ölkədaxili siyasi vəziyyəti destabilizasiya etmək cəhdlərinin davam etdiyi bildirilir. Bu çərçivədə Bəsic qüvvələrinin hədəf alındığı qeyd olunur.
Ekspert əlavə edib ki, hakimiyyət dayanıqlılığını qoruyub saxlasa da, müharibədən sonra iqtisadi böhran və ölkəyə dəyən böyük ziyan fonunda yeni anti-hökumət etirazlarının baş verməsi istisna edilmir.
22:55 20.03.2026
Oxunuş sayı: 55