Netanyahu: İranın hücumları itkilərə səbəb olur
İsrailin Baş naziri Benyamin Netanyahu İranın həyata keçirdiyi hücumların insan tələfatına və maddi itkilərə səbəb olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, İsrailin ABŞ-nin Hörmüz boğazının açılması istiqamətindəki səylərinə “özünəməxsus şəkildə” dəstək göstərdiyini bildirib. Netanyahu eyni zamanda İranı boğazın bağlanması ilə bağlı şantajda ittiham edib.
Baş nazir ABŞ-nin münaqişəyə cəlb olunması ilə bağlı iddiaları da rədd edib:
“Doğrudanmı kimsə düşünür ki, kim isə Trampa nə edəcəyini diktə edə bilər? Gəlin, belə düşünməyək”.
Netanyahu əlavə edib ki, İsrail bir sıra sahələrdə artıq “qlobal gücə” çevrilib. O, həmçinin İran rejiminin mövcudluğunu davam etdirə biləcəyini də istisna etməyib.
19:55 20.03.2026
Oxunuş sayı: 42