İranda Müvəqqəti Rəhbərlik Şurası fəaliyyətini dayandırıb
İranda İslam Respublikasının yeni ali rəhbərinin rəsmi seçilməsindən sonra Müvəqqəti Rəhbərlik Şurası fəaliyyətini dayandırıb. Bu barədə Şuranın sözçüsü Təhan Nəzif məlumat verib.
Crossmedia.az bu barədə İran mediasına istinadən xəbər verir ki,yeni seçilmiş ali lider Müctəba Xameneiyinin andiçmə mərasimi Tehranda keçirilib.
Xatırladaq ki, əvvəlki ali rəhbər Əli Xameneyinin öldürülməsindən sonra martın 1-də ölkədə Müvəqqəti İdarəetmə Şurası yaradılmışdı.
Şuranın tərkibinə İran prezidenti Məsud Pezeşkian, Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və din xadimi Əlirza Ərafi daxil idi.
10:00 10.03.2026
Oxunuş sayı: 49