Husilər: İran Fələstini və bölgəni Epşteyn qrupundan qoruyur
Yəməndə fəaliyyət göstərən Ənsarullah (Husi) hərəkatının sözçüsü İran xalqını ölkənin ali rəhbərinin seçilməsi münasibətilə təbrik edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bəyanatda bildirilib ki, yeni liderin seçilməsi İran inqilabının “ABŞ və İsrail təcavüzü” qarşısında gücünü və davamlılığını nümayiş etdirir.
Husilərin açıqlamasında qeyd olunub ki, İran özünü müdafiə etməklə yanaşı Fələstini və regionun gələcəyini də qoruyur.
“İran özünü qoruyaraq Fələstini və bütün bu bölgənin gələcəyini qoruyur ki, sionizm tərəfindən ələ keçirilməsin, Şeytanın partiyası tərəfindən murdarlanmasın və Epşteynin şər qrupunun hakimiyyəti altında qalmasın”, – deyə bəyanatda vurğulanıb.
09:20 10.03.2026
Oxunuş sayı: 45