İraqdan anti-İran koalisiyasına hücumlar davam edir
İranla əlaqəli silahlı qruplar İraq ərazisindən fəaliyyət göstərərək, regionda yerləşən anti-İran koalisiyasının hədəflərinə qarşı hücumlarını davam etdirirlər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Son saatlarda bir neçə istiqamətdən qanadlı raketlər və pilotsuz uçuş aparatları buraxılıb. Hərbi mənbələr bildirir ki, hücumların əsas məqsədi koalisiya qüvvələrinin hərbi obyektləri və logistika mərkəzləri olub.
İlkin məlumatlara görə, bəzi obyektlərdə partlayış səsləri eşidilib və Hava Hücumundan Müdafiə Sistemləri işə salınıb.
16:25 04.03.2026
Oxunuş sayı: 650