Mingəçevirdə bıçaqlanan qadının son durumu açıqlanıb - ƏRİ SAXLANILIB
Mingəçevirdə bıçaqlanan 2003-cü il təvəllüdlü T.Kərimovanın son durumu açıqlanıb.
Crossmedia.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, saat 17:00 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2003-cü il təvəllüdlü şəxs (qadın) hospitalizasiya olunub. Pasiyentə döş qəfəsinin sol yarısında çoxsaylı kəsilmiş yaralar və pnevmotoraks diaqnozu təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, ona xəsarət yetirməkdə əri, 2000-ci il təvəllüdlü E.Kərimov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.(Report)
19:50
Mingəçevirdə qadın bıçaqlanıb, şübhəli bilinən əri saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Mingəçevir şəhər ərazisində 2003-cü il təvəllüdlü T.Kərimova mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun əri, 2000-ci il təvəllüdlü E.Kərimovdur.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (Report)
23:55 23.02.2026
Oxunuş sayı: 852