Bakı–Belqrad xəttində möhkəmlənən əməkdaşlıq
Serbiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərindən danışarkən, iki ölkəni birləşdirən tarixi bağların olduğunu xüsusilə qeyd etmək lazımdır. Tarixi xronikanı izlədikdə xalqlar arasında ortaq bir yaddaş və birgə mübarizə nümunələrinin olduğunu da görə bilərik. Müasir dövrdə isə müxtəlif sahələrdə formalaşıb inkişaf etməkdə olan bu tarixi bağlar xalqlar arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verib.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 15-də Serbiya
Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Serbiya münasibətlərinin
yeni bir mərhələyə daxil olduğunun göstəricisi oldu.
Yenidən
Serbiyada olmaqdan məmnunluğunu bildirən Cənab Prezident, milli bayram günü
münasibətilə təbriklərini Serbiya Prezidentinə çatdırdı. Görüşün belə bir gündə
baş tutmasını iki ölkə arasındakı səmimi dostluğu nümayiş etdirdiyini vurğladı.
Eyni zamanda gözlənilən hədəfə maksimum dərəcədə çatmaq üçün fikir mübadiləsinin,
baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün daim əlaqədə olmağın
vacibliyini nəzərə çadırdı.
Müasir
dövrün əsas əməkdaşlıq sahələrindən biri olan enerji təhlükəsizliyi hər iki ölkə
üçün prioritet hesab olunur. Bu sahədə əməkdaşlıq enerji təchizatının şaxələndirilməsinə,
sabitliyə və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan
Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir. Azərbaycan
Respublikası ilə Serbiya Respublikası bu prinsipləri rəhbər tutaraq, əməkdaşlığı
daha da inkişaf etdirmək niyyətindədirlər.
Səfər
zamanı imzalanan sənədlər də iki dost ölkə münasibətlərinin hazırkı inkişaf səviyyəsinin
yüksələn xətt üzrə inkişaf etdiyini təsdiq edir. Bu məqsədlə dövlət başçıları
arasında müntəzəm görüşlərin əhəmiyyəti qeyd edilib. Tərəflərin bir-birinin
suverenliyinə və ərazi bütövlüyünə dəstək göstərdiyi bildirilib. Eyni zamanda
bu prinsipin beynəlxalq hüququn əsas norma və prinsiplərinə uyğun olduğu qeyd
olunub.
Ölkə
başçısının “Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik” ifadəsi də
iki ölkə arasında siyasi dialoqun müntəzəm əsaslarda davam etdiriləcəyinə və
strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyacağına işarədir.
Qeyd etmək
lazımdır ki, turizm və təbii resurslardan istifadə sahəsində əməkdaşlıq
imkanlarının reallaşdırılması ön plandadır. Belə ki, yeni sərmayələrin cəlb
edilməsi, iqtisadi bağların gücləndirilməsi gündəmdə yer alır. Nəticə etibarı
ilə Serbiya ilə Azərbaycanı bağlayan əsas amillərin tarixi müttəfiqlik,
diplomatik münasibətlər, strateji tərəfdaşlıq olduğunu, eləcə də enerji,
turizm, iqtisadiyyat kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri
vurğulanıb. İki ölkənin xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi,
təhsil və mədəniyyət sahələrində əməkdaşlığın davam etdirilməsi əhəmiyyətli
hesab olunub.
Yeni
dövrün tələblərindən danışarkən, Azərbaycan ilə Serbiya arasındakı əməkdaşlığın
bir neçə mühüm istiqamətlərə fokuslandığını müşahidə edə bilərik.
Serbiyaya qaz
ixracı prioritet olmaqla yanaşı, enerji təhlükəsizliyinin artırılmasına və
enerji təminatına şərait yaradır. Bununla yanaşı regional enerji şəbəkələrinin
inteqrasiyası vacib amillərdən olduğu danılmaz faktdır.
Regional
enerji şəbəkələrinin inteqrasiyası dedikdə bir neçə ölkənin enerji sistemlərinin
bir-biri ilə birləşdirilərək vahid şəkildə fəaliyyət göstərməsi ifadə edilir.
İlk növbədə enerji axınının planlaşdırılması, riskli hallarda qarşılıqlı dəstəyin
göstərilməsi enerji təhlükəsizliyini artırır və sabit təchizata imkan yaradır.
Bu şərtlərin yaratdığı zəmin iki ölkə arasında yaşıl enerji və alternativ
enerji sahəsində mümkün əməkdaşlıq imkanlarının müzakirə olunmasını vacib məsələyə
çevirir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və Serbiya Prezidenti Aleksandar
Vuçiç bəyanatlarında iki dost ölkənin münasibətlərinin bütün sahələrdə uğurla
inkişaf etdiyini, bunun üçün böyük potensialın olduğunu diqqətə
çatdırdılar.
İki ölkə arasında təhsil və mədəniyyət sahələrindən bəhs
edərkən tələbə mübadiləsi proqramlarının genişlənməsi gözlənilir. Serbiya
universitetlərində Azərbaycan dili və mədəniyyəti üzrə kursların, Azərbaycanda
isə serb dili üzrə tədris proqramlarının açılması perspektivlidir. Bununla
yanaşı elmi-tədqiqat və innovasiya sahəsində ortaq layihələr həyata keçirilə
bilər. Hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi istiqamətində
layihələr müzakirə olunur.
Milli
kimlik, tarix və ənənələrin qorunmasına böyük önəm verən iki dövlətin bu sahədə
əməkdaşlığı xalqların bir-birini daha yaxşı tanımasına və yaxınlaşmasına xidmət
edəcəkdir.
Səfər çərçivəsində
Serbiya Prezidenti Aleksandr Vuçiç ilə keçirilən görüşün iki ölkə arasında əlaqələrin
daha da dərinləşməsinə təkan verəcəyi bildirilib. Bu görüş, səmərəli nəticələr
və qarşılıqlı dəstək üçün paytaxtlar arasında atılan mühüm addım kimi qiymətləndirilir.

Məhsəti Məmmədova
YAP Yasamal rayon “H.B.Zərdabi
pr.59” (4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi) ünvanı üzrə ərazi
partiya təşkilatının sədr müavini
09:10 23.02.2026
Oxunuş sayı: 809