Qarabağ və Şərqi Zəngəzurda əhali sayı 75 minə ÇATDI
2026-cı ilin fevral ayının əvvəlinə Azərbaycanın Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu ərazilərində 74 750 nəfər əhali yaşayır.
Crossmedia.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə “Böyük qayıdış” Dövlət Proqramı çərçivəsində 27 123 nəfər öz evlərinə qayıdıb. Dövlət Statistika Komitəsi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı getdikcə artır.
13:27 21.02.2026
Oxunuş sayı: 454