600-dən yuxarı bal toplayanlara ŞAD XƏBƏR
Yeni qərara əsasən, ali məktəb qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan gənclər həqiqi hərbi xidmətlərini Milli Müdafiə Universitetinə bağlı intellektual bölmələrdə keçəcəklər.
Bu yanaşma həm yüksək bilikli kadrlardan effektiv istifadəni təmin edir, həm də ordunun insan resurslarını inkişaf etdirməyə xidmət edir.
Crossmedia.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyevin fikrincə, yüksək intellektə malik olan Azərbaycan gənclərinin eyni bölmə tərkibində öz ixtisasları üzrə vətənimizə, dövlətimizə, ordumuza fayda verə biləcək fəaliyyətlər həyata keçirməsi üçüb münbit imkan yaradacaq:

"İntellektual gənclərimiz istənilən şəxsin yerinə yetirə biləcəyi sadə vəzifələrdən çox, bir çoxunun bacarmadığı işləri həyata keçirəcəklər. Digər tərəfdən isə eyni ixtisas üzrə onlarla intellektual gəncin bir arada olması ortaya yeni təkliflər, yeni lahiyələr ortaya çıxaracaq".
Ekspert hesab edir ki, bu təkliflər nəticəsində həm müdaifə sənayemiz, həm də mülki sənayemiz kifayət qədər ciddi məhsullar istehsal edə biləcək:
"Bu addım çox doğru addımdır, mən dəfələrlə belə təklif etmişəm və bu təklifin qəbul edilməsi məni çox məmnun edir".
Fatimə Məmmədova
17:55 18.02.2026
Oxunuş sayı: 440