Paytaxtda duman var
Hazırda Bakı və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.
Crossmedia.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.
Qeyd olunub ki, dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.
10:10 16.02.2026
Oxunuş sayı: 531