Güllələnən müəllimin son durumu AÇIQLANDI
Ötən gün "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimin durumu hazırda stabildir.
Crossmedia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
"1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün saat 09:00 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib.
Şagird polis əməkdaşları tərəfindən saxlanılıb.
12:51 07.02.2026
Oxunuş sayı: 620