Bu gün Azərbaycandan tranzit keçməklə 560 ton taxıl yüklü vaqon Ermənistana göndəriləcək
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistana göndəriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib.
16:19 04.02.2026
Oxunuş sayı: 508