Enerji atəşkəsi sual altında: Moskvanın hesabatları Trampın sözlərini təkzib edir
Rusiya Müdafiə Nazirliyinin açıqlamaları ABŞ Prezidenti Donald Trampın Ukraynada enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, enerji infrastrukturu üzrə atəşkəs bazar günündən bazar gününə qədər qüvvədə olub və Rusiya prezidenti sözünə əməl edib. Lakin Rusiya Müdafiə Nazirliyinin rəsmi hesabatları bunun əksini göstərir.
Nazirliyin məlumatlarına görə, Ukraynanın energetika obyektlərinə zərbələr yanvarın 25, 26 və 27-də davam edib. Bu günlərdə Nikolayev, Xarkov, Odessa, Dnepropetrovsk və Donetsk vilayətlərində enerji infrastrukturu zərər görüb, Xarkov vilayətində isə əhalinin 80%-ə qədəri elektrik enerjisiz qalıb.
Rusiya Müdafiə Nazirliyi enerji sektoruna zərbələr barədə məlumat verməyi yalnız yanvarın 28-də dayandırıb. Yanvarın 29-da isə Tramp və Ukrayna prezidenti Volodimir Zelenski bir həftəlik fasilə elan ediblər. Sonradan bu məlumat Kreml tərəfindən də təsdiqlənib.
Buna baxmayaraq, fevralın əvvəlində Rusiya yenidən kütləvi hücumlara başlayıb. Kiyevdə soyuqların pik vaxtında minlərlə ev işıqsız qalıb. Zelenski baş verənləri Moskvanın verdiyi vədlərin pozulması kimi qiymətləndirib.
Beləliklə, Rusiya rəsmilərinin rəsmi məlumatları Trampın enerji atəşkəsinə faktiki əməl edildiyi barədə iddiaları ilə uyğun gəlmir.
14:56 04.02.2026
Oxunuş sayı: 661