KİV: ABŞ sanksiya kartını hazırlayıb, amma hələ masaya qoymur
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb, lakin hələlik onların tətbiqi planlaşdırılmır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bloomberg" avropalı diplomatlara istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton sanksiyaları potensial təzyiq aləti kimi saxlayır və vəziyyətin inkişafından asılı olaraq bu addımı ata bilər. Mənbələr bildirir ki, hazırkı mərhələdə ABŞ administrasiyası diplomatik manevr imkanlarını qorumağa üstünlük verir.
Qeyd olunur ki, yeni məhdudiyyətlər Rusiya ilə bağlı siyasətdə mümkün eskalasiya ssenarilərinə qarşı ehtiyat tədbiri kimi nəzərdə tutulub. ABŞ tərəfi sanksiyaların tətbiqi ilə bağlı yekun qərarı daha sonra verə bilər.
14:44 04.02.2026
Oxunuş sayı: 573