İlon Mask 850 milyard dollarlıq sərvəti aşan ilk insan oldu
Dünyanın ən varlı adamı İlon Mask tarixə düşüb.
Crossmedia.az xəbər verir ki, "Forbes" nəşrinin məlumatına görə, İlon Mask dünyada sərvəti 850 milyard dolları keçən ilk insan olub.
Bu nəticə SpaceX ilə xAI arasında baş tutan sövdələşmədən sonra qeydə alınıb.
Məlumata əsasən, razılaşmadan sonra Maskın sərvəti 84 milyard dollar artaraq 852 milyard dollara çatıb. Saziş nəticəsində birləşdirilmiş şirkətin bazar dəyəri təxminən 1,25 trilyon dollar olaraq qiymətləndirilib.
“Forbes” qeyd edir ki, bu göstərici qlobal biznes tarixində misilsiz maliyyə rekordu hesab olunur və Maskı təkcə texnologiya sektorunda deyil, ümumilikdə dünya iqtisadiyyatında ən güclü fiqurlardan birinə çevirir.
14:32 04.02.2026
Oxunuş sayı: 554