Ermənistanın yeni konstitusiyasının mətni yaxın 6 ay ərzində hazır olacaq.
Crossmedia.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, bu barədə ölkənin ədliyyə naziri Srbuhi Qalyan açıqlama verib.
Nazir bildirib ki, konstitusiya üzərində aparılan işlərin yekun xülasəsinin mart ayında tamamlanması planlaşdırılır və müəyyən edilmiş vaxt çərçivəsinə yenidən baxılmayacaq.
“İşimizin nəticələri mart ayında ümumiləşdiriləcək. Biz əvvəllər müəyyən edilmiş müddətlərə əməl edəcəyik. Həmin vaxta qədər çapa hazır mətnimiz olacaq”, – deyə Qalyan vurğulayıb.
Onun sözlərinə görə, yeni Konstitusiyanın mətninin yekunlaşdırılması Ədliyyə Nazirliyinin əsas prioritetlərindən biri hesab olunur. Bildirilib ki, sənədin hazırlanması prosesi plan üzrə davam edir və gecikmə nəzərdə tutulmur.