Azərbaycan və Mərakeş maliyyə əməkdaşlığının perspektivlərini müzakirə edib- Yenilənib
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov Mərakeş Krallığının iqtisadiyyat və maliyyə naziri Nadia Fəttah Alaui ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Mərakeş arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər iqtisadi-ticarət, həmçinin turizm sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları, eləcə də beynəlxalq və regional iqtisadi platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının daha da genişləndirilməsinin xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb və bu xüsusda, 2018-ci ildə imazalanan "Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın icrası, həmçinin "Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" Saziş layihəsinin tamamlanaraq imzalanması məsələləri müzakirə edilib.
Söhbət zamanı iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin və birgə layihələrin əhəmiyyəti də qeyd olunub. Səfir N.Səmədov cari ilin iyun ayında Bakı şəhərində İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar nazir N.Fəttah Alauini ölkəmizə səfər etmiş dəvət edib və səfər çərçivəsində həm ikitərəfli görüşlərin, həm də iki ölkə arasında sazişlərin imzalana biləcəyini vurğulayıb. Nazir dəvəti qəbul edib.
18:40
Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov bu ölkənin iqtisadiyyat və maliyyə naziri Nadya Fettah ilə ikitərəfli iqtisadi və maliyyə əməkdaşlığına dair imkanları müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün mən Mərakeşin iqtisadiyyat və maliyyə naziri Nadya Fettah ilə görüşmək şərəfinə nail oldum. İkitərəfli iqtisadi və maliyyə əməkdaşlığına dair imkanlar, həmçinin qarşılıqlı səfərlər ilə bağlı məsələlər müzakirə edilib", - məlumatda bildirilib.(Report)
20:30 02.02.2026
Oxunuş sayı: 526