Şəmkirdə yük maşını ağaca çırpılıb, ölən var
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford Tranzit" markalı yük maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı 1982-ci il təvəllüdlü Ş.Quliyev hadisə yerində ölüb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.(APA)
19:07 17.01.2026
Oxunuş sayı: 1125