Gümüşün qiyməti rekord həddə çatdı
Comex birjasında mart 2026 təyinatlı gümüş fyuçerslərinin qiyməti yüksəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Ticarət platformalarının məlumatına görə, qiymət əvvəlcə $88.43 səviyyəsinə, yəni 3.92% artım ilə çatıb, daha sonra $89.155-ə yüksələrək 4.78% artıb.
Eyni vaxtda fevral 2026 təyinatlı qızıl fyuçersləri $4,642.8 səviyyəsinə qalxaraq 0.61% artım göstərib.
22:42 13.01.2026
Oxunuş sayı: 1246