Şamaxı rayonunda zəlzələ qeydə alınıb
Yerli vaxtla saat 18:55-də Şamaxı rayonunda 3,8 maqnitudada zəlzələ olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunub.
19:18 10.01.2026
Oxunuş sayı: 2407