Azərbaycan şərabının etiketi Asiya və ABŞ-də qalmaqala səbəb olub
Ermənistanlı hüquqşünas Raffi Aslanyan sosial şəbəkələrdə Azərbaycan istehsalı olan şərabın etiketinə etiraz edərək qalmaqallı paylaşım edib. Onun narazılığı Asiya və ABŞ bazarlarında satışa çıxarılan “Basarkeçər” adlı Azərbaycan şərabının etiketində yer alan tarixi adlarla bağlıdır.
Crossmedia.az xəbər verir ki, Aslanyan Facebook hesabında yayımladığı paylaşımda hazırkı Ermənistan ərazisinin tarixi adlarla göstərilməsini “təxribat” kimi qiymətləndirib və buna kəskin reaksiya verib. Onun sözlərinə görə, etiketdə istifadə olunan coğrafi adlar Ermənistan cəmiyyətində narahatlıq doğurur.

Məsələ qısa müddətdə erməni sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bu addımı “tarixi yaddaşa müdaxilə” kimi dəyərləndirsə də, digərləri bunun beynəlxalq bazarlarda yayılmış tarixi-coğrafi adlandırma praktikasının bir hissəsi olduğunu bildiriblər.
Qeyd edək ki, Azərbaycan şərabları son illər beynəlxalq bazarlarda daha geniş yayılmağa başlayıb və məhsulların etiketlərində tarixi toponimlərdən istifadə edilməsi istehsalçıların seçdiyi konseptual yanaşmalardan biri kimi təqdim olunur.
Sevinc Yarməmmədova
17:26 10.01.2026
Oxunuş sayı: 1665