Beynəlxalq axtarışda olan İran vətəndaşı Özbəkistana ekstradisiya edilib
Özbəkistan Respublikasının hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı əməkdaşlıq davam etdirilir.
Bu barədə Crossmedia.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, dələduzluqda təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş, 30 mart 1970-ci il təvəllüdlü İran İslam Respublikasının vətəndaşı İmani Ali Abdollahın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin olunub.
İmani Ali Abdollah 2025-ci ildə Azərbaycanda müəyyən edilərək həbs edilib. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası barədə qərar qəbul edilib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyu ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.
14:23 09.01.2026
Oxunuş sayı: 1419