Tacikistan Respublikasının vətəndaşı ölkəsinə təhvil verilib
Tacikistan Respublikasının hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq davam etdirilir.
Crossmedia.az-a bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, dələduzluq cinayətində təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş, 13 yanvar 1992-ci il təvəllüdlü Tacikistan Respublikasının vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin olunub.
Məlumata görə, Mukhammadnido Nazarmukhammadzoda 2025-ci ildə Azərbaycan ərazisində müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası barədə qərar qəbul edilib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.
13:00 09.01.2026
Oxunuş sayı: 1362