Bakıda maşın piyadanı vurub
Bakıda maşın 78 yaşlı qadını vurub.
Crossmedia.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.
Belə ki, markası və dövlət qeydiyyat nişanı naməlum avtomobil Nizami rayonu, Q.Qarayev prospektində 1948-ci il təvəllüdlü Mahirə Bayramovanı vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
09:42 09.01.2026
Oxunuş sayı: 1177