Azad edilmiş ərazilərin minalardan təmizlənməsinə daha 15 milyon manat ayrılıb
"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsi işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi xidmətlərinin satın alınması ilə bağlı müqavilə bağlayıb.
Crossmedia.az xəbər verir ki, xidmətlərin icrası "Safe Point" QSC-yə həvalə olunub. Satınalmanın ümumi dəyəri 14 milyon 995 min 204 manat təşkil edir.
Müqavilə "bir mənbə" satınalma metodu ilə həyata keçirilib. Tenderin bitmə tarixi bu ilin sonuna nəzərdə tutulub.
Müqavilə çərçivəsində işğaldan azad edilmiş ərazilərdə minaların və partlamamış hərbi sursatların aşkarlanması və zərərsizləşdirilməsi üzrə kompleks xidmətlərin göstərilməsi planlaşdırılıb.
10:31 06.01.2026
Oxunuş sayı: 1876