Bakıda motosikletlə ambulans toqquşdu: 29 yaşlı kuryer həlak oldu
Yanvarın 3-ü saat 01 radələrində Bakıda motosiklla ambulansın toqquşması nəticəsində kuryer işləyən 29 yaşlı Mehdi M. hadisə yerində ölüb.
Crossmedia.az xəbər verir ki, Ambulansın sürücüsü və 2 sərnişin də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, hadisə zamanı təcili tibbi yardım avtomobili yüksək sürətlə hərəkət edirmiş.
Faciəvi şəkildə ölən Mehdi restoranda kuryer kimi çalışırmış. Onun 10 aylıq körpəsi qalıb.
15:15 05.01.2026
Oxunuş sayı: 2312