"Baku City Karting"də faciə: 18 yaşlı oğlan öldü
Yanvarın 1-də saat 18:30 radələrində Səbail rayonu, akademik Əhəd Yaqubov, 15 ünvanında yerləşən "Baku City Karting"də ölüm hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, paytaxt sakinləri 2008-ci il təvəllüdlü Kamal Səfərli və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub. Hadisə nəticəsində Kamal Səfərli aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
"Baku City Karting" hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Faktla bağlı cinayət işi açılıb. Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
13:19 05.01.2026
Oxunuş sayı: 2876