Günəş və Ay tutulmaları 2026-cı ildə nə vaxt baş verəcək?
2026-cı ildə Günəş və Ay tutulmalarının tarixləri açıqlanıb.
Crossmeida.az xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, 2026-cı ildə iki dəfə Günəş və iki dəfə Ay tutulması müşahidə olunacaq.
"İlin ilk tutulması 17 fevralda baş verəcək. Bu, halqalı Günəş tutulması olacaq. Növbəti tutulma 3 mart tarixində qeydə alınacaq. Həmin gün tam Ay tutulması müşahidə olunacaq. 12 avqustda isə tam Günəş tutulması baş verəcək. İlin son tutulması 28 avqust tarixində olacaq. Bu, qismən Ay tutulması kimi müşahidə ediləcək", - məlumatda qeyd olunub.
12:47 25.12.2025
Oxunuş sayı: 2331