Hindistan Rusiyaya ixracatı 10 milyard dollara çatdırmağı planlaşdırır
Hindistan İxrac Təşkilatları Federasiyasının baş direktoru Ajay Sahai bildirib ki, Hindistan Rusiyaya ixracını 5 milyard dollardan 10 milyard dollara qədər artırmağı planlaşdırır.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Sahai Rusiya Ticarət Missiyası tərəfindən təşkil edilən Biznes Klubunun iclasında ölkələr arasında ticarətin, xüsusən maşınqayırma sahəsində uğurla inkişaf etdiyini, enerji, müdafiə və kosmik sahələrdə isə strateji tərəfdaşlığın gücləndirilməsinin planlaşdırıldığını vurğulayıb.
O, ixrac artımı üçün perspektivli sahələr kimi elektronika, əczaçılıq və geyimi göstərib.
Səriyyə Tağıyeva
22:33 16.12.2025
Oxunuş sayı: 1065