Özbəkistan Tacikistana elektrik enerjisi ixracını genişləndirir
Özbəkistan Tacikistana elektrik enerjisi ixracına başlayıb. İlkin mərhələdə sutkada 2 milyon kilovat-saatadək elektrik enerjisi tədarük olunur.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bu addım regionda enerji təminatının sabitləşdirilməsinə və iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edir.
Bildirilib ki, hazırkı tədarük həcmi mövcud texniki və istehsal imkanları çərçivəsində həyata keçirilir. Özbəkistanın enerji istehsalı imkanlarının genişlənəcəyi təqdirdə, Tacikistana ixrac olunan elektrik enerjisinin həcminin də artırılması planlaşdırılır.
Mütəxəssislərin fikrincə, bu əməkdaşlıq Tacikistanda mövsümi enerji çatışmazlığının aradan qaldırılmasına, eyni zamanda Mərkəzi Asiya ölkələri arasında enerji mübadiləsinin inkişafına müsbət təsir göstərəcək.
Mehriban İbrahimli
22:10 16.12.2025
Oxunuş sayı: 1087