Zelenski Rusiyanı münaqişə və nifrət siyasətində ittiham etdi
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya 1991-ci ildən bu yana müxtəlif mərhələlərdən keçsə də, ölkənin xarici siyasətində əsas xətt dəyişməz qalıb — Rusiya müharibələr aparmağa və nifrət yaymağa davam edir.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya bu müddət ərzində həm yoxsul, həm də varlı dövrlər yaşayıb, oliqarxiyadan diktaturaya qədər uzanan bir yol keçib. Lakin bütün bu dəyişikliklərə baxmayaraq, dəyişməyən yalnız bir məqam olub: Rusiya müharibə və düşmənçilik siyasətini davam etdirib.
“Əgər Rusiyanın 1991-ci ildən sonrakı tarixini nəzərdən keçirsək, görərik ki, ölkə həm kasıb, həm də zəngin olub, oliqarxiyadan diktaturaya doğru inkişaf edib. Amma bir şey dəyişməyib — Rusiya müharibə və nifrət gətirməyə davam edir”, — deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidentinin sözlərinə əsasən, Rusiyanın iştirak etdiyi münaqişələrin coğrafiyası Çeçenistan və Balkanlardan başlayaraq Moldova və Suriyanı, Mərkəzi Afrika ölkələrini və Ukraynanı əhatə edir.
“Rusiya sülhü deyil, münaqişəni seçir”, — deyə Zelenski fikrini yekunlaşdırıb.
Pərvin Hacıyeva
21:51 16.12.2025
Oxunuş sayı: 1137