Ermənistanda məcburi hərbi xidmətin müddəti azaldılır
Ermənistan parlamenti məcburi hərbi xidmətin müddətinin azaldılmasını nəzərdə tutan qanunu son oxunuşda qəbul edib. Yeni qanuna əsasən, ölkədə məcburi hərbi xidmətin müddəti iki ildən bir il yarıma (18 ay) endiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, qanunun məqsədi hərbi xidmət sistemində islahatların aparılması, gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması və ordunun daha çevik kadr siyasətinin formalaşdırılması kimi izah edilir.
Fatimə Məmmədova
21:35 16.12.2025
Oxunuş sayı: 901