Qəzza zolağında atəşkəsin pozulması nəticəsində 400-ə yaxın fələstinli həlak olub
HƏMAS-ın siyasi bürosunun üzvü Qazi Həmidin verdiyi məlumata görə, oktyabrın 10-da qüvvəyə minmiş Qəzza zolağında atəşkəs razılaşmasının İsrail tərəfindən pozulması nəticəsində təxminən 400 fələstinli həyatını itirib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Qazi Həmidin sözlərinə görə, həlak olanların 95 faizdən çoxunu mülki şəxslər təşkil edir. Qazi Həmid bildirib ki, Qəzza hakimiyyət orqanları atəşkəs razılaşmasının İsrail tərəfindən ümumilikdə 813 dəfə pozulduğunu qeydə alıb.
HƏMAS rəsmisi danışıqlarda vasitəçi olan tərəfləri dərhal tədbir görməyə çağıraraq vurğulayıb ki, İsrailin bu addımları Qəzza üzrə əldə olunan razılaşma üçün ciddi təhlükə yaradır.
Türkanə Məşədiyeva
21:10 16.12.2025
Oxunuş sayı: 977