Serbiya erkən parlament seçkilərinə gedəcək
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə erkən parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, öncə beş-altı ay ərzində bir sıra bələdiyyələrdə yerli seçkilər təşkil olunacağını, daha sonra isə gələn ilin sonunda ölkənin erkən parlament seçkilərinə gedəcəyini bildirib.
Prezidentin sözlərinə görə, bu seçkilər ölkənin siyasi gələcəyinə dair mühüm addım olacaq və vətəndaşların səsini ifadə etməsi üçün imkan yaradacaq.
Nigar Yahyazadə
21:21 16.12.2025
Oxunuş sayı: 978