Dragi: Aİ Sovet İttifaqının taleyi ilə üz-üzə qala bilər
Avropa Mərkəzi Bankının sabiq rəhbəri və İtaliyanın sabiq baş naziri Mario Dragi bildirib ki, Avropa İttifaqı strateji tənəzzül dövrünə daxil olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Onun sözlərinə görə, Aİ hərbi baxımdan zəif, texnoloji rəqabətdə Çin və ABŞ-a uduzur, demoqrafik vəziyyəti isə ürəkaçan deyil.
Dragi əlavə edib ki, bürokratik əngəllər və yüksək borc müdafiə xərclərini artırmağa mane olur və Aİ rəhbərliyi ciddi islahatları gec olmadan tətbiq etməlidir.
20:55 16.12.2025
Oxunuş sayı: 979