Donald Tusk: Rusiya yenidən hücum edərsə, ABŞ-nin cavabı hərbi olacaq
Polşanın baş naziri Donald Tusk bildirib ki, Rusiya Ukraynaya yenidən hücum edəcəyi təqdirdə ABŞ hərbi cavab verəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton təhlükəsizlik zəmanətlərini elə formada təqdim edir ki, Moskvanın ABŞ-nin mümkün hərbi reaksiyasına dair şübhəsi qalmasın.
Tusk dondurulmuş Rusiya aktivlərinin taleyinə də toxunaraq qeyd edib ki, hazırda bu vəsaitlərin uzunmüddətli dondurulmasına imkan verən mexanizm mövcuddur. Lakin həmin aktivlərin Ukraynanın bərpası və ya hərbi dəstəyi üçün istifadəsi məsələsi hələlik real mərhələyə keçməyib.
Baş nazir həmçinin Milad bayramına qədər atəşkəsin mümkünlüyünü aşağı qiymətləndirib. Onun fikrincə, Rusiya hazırkı mərhələdə sülh danışıqları və ya atəşkəslə ciddi maraqlanmır.
19:11 16.12.2025
Oxunuş sayı: 960