Misir İran-AEBA əməkdaşlığının davamı üçün çağırış etdi
Dünən Misir İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, ölkənin xarici işlər naziri Bədr Əbdülati AEBA-nın baş direktoru Rafael Qrossi ilə telefon danışığı zamanı Tehranla agentlik arasında etimadın qorunması və əməkdaşlığın davam etdirilməsi üçün səylərin gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Tərəflər Misir–AEBA əməkdaşlığının inkişaf etdirilməsi yollarını və İranın nüvə proqramı ilə bağlı son vəziyyəti müzakirə ediblər. Əbdülati AEBA-nın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində yoxlama sistemindəki əsas rolunu yüksək dəyərləndirib.
19:05 16.12.2025
Oxunuş sayı: 933