İranda avtobus qəzası: 13 nəfər həlak olub, 11 nəfər yaralanıb
İranda İsfahan–Nətənz avtomobil yolunda avtobusun iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 13 nəfər həyatını itirib, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Crossmedia.az xəbər verir ki,İran Qızıl Aypara Cəmiyyətinin mətbuat katibi Müctəba Xalidinin verdiyi məlumata görə, qəza baş verən kimi hadisə yerinə xilasedici və tibbi briqadalar cəlb olunub. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra onlar təcili tibbi yardım avtomobilləri ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Hazırda xəsarət alanların bir qisminin vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzanın dəqiq səbəbləri hələlik açıqlanmayıb. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Nastya Qəniyeva
18:12 16.12.2025
Oxunuş sayı: 986