BRICS genişlənmənin ikinci mərhələsinə daxil olub
Rusiya xarici işlər nazirinin müavini və ölkənin BRICS üzrə diplomatı Sergey Ryabkov bildirib ki, BRICS assosiasiyası genişlənmənin ikinci mərhələsinə qədəm qoyub və bunun üçün geniş imkanlar mövcuddur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, bu imkanlardan biri də tərəfdaş ölkələr kateqoriyasının yaradılmasıdır. Ryabkov qeyd edib ki, hazırda BRICS-in artıq bir sıra tərəfdaş dövlətləri var və bəzi ölkələr bu statusu yaxın dövrdə əldə ediblər.
Diplomat əlavə edib ki, Rusiyanın BRICS-ə sədrliyi dövründə əsas prioritetlərdən biri 1 yanvar 2024-cü ildən sonra birliyə qoşulan yeni üzvlərin təşkilatın mexanizmlərinə problemsiz inteqrasiyasının təmin edilməsi olub. Ryabkov vurğulayıb ki, BRICS üzvü olan bütün ölkələr bu vəzifənin uğurla yerinə yetirildiyini qəbul edir.
Nigar Yahyazadə
18:03 16.12.2025
Oxunuş sayı: 1028