Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 28-i axşamadək fasilələrlə davam edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
15:11 26.11.2024
Oxunuş sayı: 8308