Telegraph: İsrail Tehranı Sidneydəki terror aktında əsas şübhəli sayır
Tehran Avstraliyanın Sidney şəhərində Hanukka mərasimi zamanı planlaşdırılan hücumla bağlı əsas şübhəli kimi müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri İsrail kəşfiyyatına istinadən məlumat yayıb.
Məlumat “Spectator Index” agentliyinin “X” platformasında paylaşdığı postda da yer alıb.
Bundan əvvəl İsraildə terrorçuluqla mübarizə mövzusunda məlumatlar yayımlayan qeyri-rəsmi media resursu “Terror Alarm” Sidneydə Hanukka mərasiminə yönəlik hücumun arxasında İranın dayandığını açıqlayıb.
18:22 15.12.2025
Oxunuş sayı: 1027