İran Quruculuq İşçiləri Partiyasının baş katibi Seyid Hüseyn Mərəşi ölkədə dərin iqtisadi böhranla bağlı xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, o bildirib ki, İran iqtisadiyyatı uzun illərdir böhran içərisindədir və səthi islahatlar vəziyyəti dəyişdirmir.
Mərəşi vurğulayıb ki, son 20 ildə orta iqtisadi artım təxminən 1%, inflyasiya isə 50%-dən yuxarıdır. Əsas malların idxalı üçün valyuta çatışmazlığı yaranıb və hökumətin 1 dollar üçün 125 min tümən məzənnəsi tətbiqi iqtisadiyyatın fövqəladə vəziyyətdə olduğunu göstərir.
Baş katib əlavə edib ki, ərzaq təminatında böhran “ac insanların küçələrə çıxması” riskini artırır və siyasi kurs, xüsusən nüvə siyasəti dəyişmədən vəziyyətdən çıxış mümkün deyil.
Nəzrin Abbas