Sidneydə 20-yə yaxın insanın ölümü ilə nəticələnən hücumun detalları açıqlanıb
Dünən Avstraliya polisi Sidneyin Bondi çimərliyində baş verən ölümcül hücumla bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb.
Crossmedia.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Polis hücumun törədiciləri kimi ata və oğulu müəyyən edib və üçüncü şübhəlinin axtarılmadığını bildirib.
Bazar ertəsi keçirilən mətbuat konfransında polis rəsmiləri qeyd ediblər ki, yəhudi bayramı – Hanuka zamanı baş verən hücumda yalnız iki nəfər iştirak edib. Hadisə nəticəsində 16 nəfər ölüb, 40 nəfər yaralanıb.
Polis istintaqın davam etdiyini vurğulasa da, indiyədək toplanan dəlillərin başqa şəxslərin hücumda iştirakını təsdiqləmədiyini açıqlayıb.
Bununla yanaşı, İsraildə terrorçuluqla mübarizə mövzusunda məlumatlar yayan qeyri-rəsmi “Terror Alarm” media platforması "X" hesabında hücumla bağlı paylaşım edib. Platforma yazıb ki, Sidneydə Hanuka mərasiminə edilən hücumun arxasında İran dayanır.
18:05 15.12.2025
Oxunuş sayı: 1106