Sidneydə terror aktı həyata keçirənlər tutulur
Avstraliya mediası polisin Sidneydəki "terror" hücumunda iştirak edən silahlı şəxslərdən biri - Nəvid Əkrəmin evinə basqın etdiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, yayımlanan görüntülərdə Avstraliya polisinin Bondi çimərliyindəki hadisədə iştirak edən "terrorçu" Nəvid Əkrəmin evinə girdiyi görünür.
Polis onun ailə üzvlərindən əllərini qaldırıb polisə tərəf getmələrini tələb edir.
İki hücumçunun öldürüldüyü, biri isə yaralandığı bildirilir.
Avstraliyanın Cənubi Uels bölgəsinin polis idarəsi bazar günü rəsmi olaraq Sidneyin məşhur çimərliyində iki silahlı şəxsin həyata keçirdiyi hücumun "terror aktı" olduğunu elan edib.
Son məlumatlara görə, atışma nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb və yaralılardan bir neçəsinin vəziyyətinin kritik olduğu bildirilir.
17:45 15.12.2025
Oxunuş sayı: 985