Rusiya hərbçiləri Ukraynadakı hərbi və enerji obyektlərinə zərbələr endirib
Rusiya hərbi qulluqçuları Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi hərbi-sənaye və yanacaq-energetika obyektlərinə zərbələr endirmək üçün döyüş təyyarələri, hücum dronları, raketlər və artilleriyadan istifadə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, əməliyyat zamanı Ukrayna hərbi sənaye müəssisələri və Silahlı Qüvvələrin istifadəsində olan yanacaq-energetika obyektləri zədələnib. Bundan əlavə, montaj zavodu və uzaq mənzilli dronların saxlandığı anbarlara da zərbələr endirilib.
Rusiya qüvvələri həmçinin 146 rayonda Ukrayna Silahlı Qüvvələrinin bölmələri və xarici muzdluların müvəqqəti yerləşdirmə məntəqələrini hədəfə alıb.
Nəzrin Abbas
13:40 10.12.2025
Oxunuş sayı: 1183