Kallas: Ukrayna danışıqlarında Rusiyaya təzyiq yoxdur
Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda Rusiyaya kifayət qədər təzyiq göstərilmir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O vurğulayıb ki, sülh müqaviləsi təcavüzü mükafatlandırmamalıdır və Ukraynanın suverenliyinə hörmət vacibdir. Kallasın açıqlamaları ABŞ-ın milli təhlükəsizlik strategiyasına reaksiyaların fonunda səslənib.
Nəzrin Abbas
16:35 09.12.2025
Oxunuş sayı: 870