Rusiyadakı təyyarə qəzasında bütün ekipaj üzvləri həlak olub
İvanovo vilayətinin Furmanov rayonunda Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus An-22 "Antey" təyyarəsi qəzaya uğrayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, bortda azı 7 nəfər ekipaj üzvü olub və onların hamısının həlak olduğu ehtimal edilir. Hadisə yerinə təcili xidmət əməkdaşları cəlb edilib.
Axtarış zamanı təyyarənin gövdə hissələri Uvod su anbarının sahilində və sularında aşkar edilib.
An-22 "Antey" dünyada ən böyük turbovintli hərbi-nəqliyyat təyyarəsi hesab olunur və əsasən ağır və iri həcmli hərbi yüklərin daşınması üçün istifadə olunur.
Nigar Yahyazadə
15:33 09.12.2025
Oxunuş sayı: 1122