Antikorrupsiya Komitəsi Poqosyanın qohumlarını girov şərtilə azad edib
Ermənistanın Antikorrupsiya Komitəsi Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin (SPİSA) sabiq rəhbəri Miqran Poqosyanın qohumlarını hər biri üçün 50 milyon dram (131 min dollar) girov qarşılığında azad edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq vəzifəli şəxsə qarşı aparılan istintaq çərçivəsində Poqosyanın qohumlarına qarşı cinayət təqibi başlanılıb. Onlar səlahiyyətlərdən sui-istifadəyə və böyük məbləğdə mənimsəməyə köməklik və təhrikçilikdə ittiham olunurlar.
Miqran Poqosyan 2023-cü ilin mayından narkotik qaçaqmalçılığı işi üzrə axtarışdadır.
Pərvin Hacıyeva
15:05 09.12.2025
Oxunuş sayı: 849