Vıbornıy: Ermənistanın KTMT-dakı “dondurulmuş” statusunun müddəti İrəvanın mövqeyindən asılıdır
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı “dondurulmuş” statusunun nə qədər davam edəcəyi tam şəkildə İrəvanın öz siyasətindən asılıdır. Bu barədə KTMT PA-nın müdafiə və təhlükəsizlik komissiyasının sədri, Rusiya Dövlət Dumasının təhlükəsizlik komitəsinin sədr müavini Anatoliy Vıbornıy açıqlamasında bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir. Onun sözlərinə görə, Ermənistan parlament nümayəndələri təşkilatın tədbirlərində aktiv iştirak etməsələr də, Parlament Assambleyasında qəbul olunan sənədlərə ümumilikdə etiraz etmirlər.
Vıbornıy həmçinin Ermənistan-Azərbaycan münasibətlərinə toxunaraq qeyd edib ki, KTMT-yA üzv bütün dövlətlər məsələlərin yalnız sülh yolu ilə həll olunmasını dəstəkləyir.
Sevinc Yarməmmədova
14:54 09.12.2025
Oxunuş sayı: 895