Tailand–Kamboca sərhədində toqquşma: 29 hərbçi yaralanıb, 1 nəfər həlak olub
Tailandda Kamboca ilə sərhəd xəttində baş verən silahlı toqquşmalar nəticəsində 29 tailandlı hərbçi yaralanıb, 1 əsgər isə həyatını itirib. Bu barədə məlumatı Tailand Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Surasan Khongsiri brifinq zamanı açıqlayıb.
Bu barədə Crossmedia.az xəbər verir.
Məlumatda bildirilir ki, son günlər sərhəd boyunca gərginlik artıb və tərəflər arasında atışma qeydə alınıb. Yaralı hərbçilərin vəziyyəti barədə əlavə məlumat verilmir, lakin onların bir qisminin orta ağır xəsarətlər aldığı qeyd olunur.
Türkanə Məşədiyeva
14:39 09.12.2025
Oxunuş sayı: 996